525.Az

Rusiyanın Marseldəki konsulluğuna hücumun iştirakçıları günahlarını etiraf ediblər


 

Rusiyanın Marseldəki konsulluğuna hücumun iştirakçıları günahlarını <b style="color:red"> etiraf ediblər</b>

Rusiyanın Marseldəki konsulluğuna hücumun iki iştirakçısı günahını etiraf edib və həbs olunub.

525.az xəbər verir ki, bu barədə “RİA Novosti” şəhər prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb.

"İki nəfər tutularaq polis nəzarətinə götürülüb", - məlumatda deyilir.

Prokurorluqdan bildirilib ki, saxlanılan şəxslər tezliklə məhkəmə qarşısına çıxarılacaq. Onların işinə “Başqasının əmlakının insanlar üçün təhlükəli şəkildə zədələnməsi və ya korlanması” və “İcazəsiz partlayıcı və ya yandırıcı qurğuların və ya partlayıcı məhsulların hazırlanması” maddələri ilə baxılacaq.

Xatırladaq ki, fevralın 24-də səhər saat 10 radələrində diplomatik nümayəndəliyin ərazisinə üç plastik butulka atılıb, onlardan ikisi partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Cinayətkarlar hadisə törədildikdən bir neçə saat sonra saxlanılıb.

İbrahim Cəfərov

 





26.02.2025    çap et  çap et