“KXDR istənilən müharibəyə hazır olacaq müasir ordu yaratmalıdır”.
525.az “news1”ə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Kan Kon Hərbi Akademiyasına səfəri zamanı deyib.
Dövlət başçısı kursantları müasir döyüş meydanlarında praktiki təcrübə toplamağa çağırıb.
“Bütün kursantlar müasir döyüş meydanlarında praktiki təcrübə qazanmalı, müasir döyüşlərə uyğun olan komandanlıq vərdişlərinə yiyələnməlidirlər”, - deyə Kim Çen In bildirib.
Daha əvvəl o qeyd edib ki, Şimali Koreya suverenliyin müdafiəsi və Ukraynadakı münaqişə məsələlərində Rusiyaya dəstək verəcək.
KXDR lideri xatırladıb ki, Pxenyan və Moskva Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalayıblar.
İbrahim Cəfərov
çap et