525.Az

Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir


 

Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir<b style="color:red"></b>

Sənaye zonalarında istehsal edilən məhsulların ölkə xaricində tanıdılması, ixrac coğrafiyamızın genişləndirilməsi istiqamətlərində işlər uğurla davam etdirilir. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC (Mr. Fix) Özbəkistanın Daşkənd şəhərində keçirilən 26-cı Özbəkistan Beynəlxalq İnşaat Sərgisində (“UzBuild 2025”) öz stendi ilə təmsil olunur.

525.az xəbər verir ki, ziyarətçilər tərəfindən maraqla qarşılanan stendə şirkət tərəfindən istehsal edilən məhsullara dair nümunələr “Made in Azerbaijan” brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir.

Sərgiyə fevralın 27-də yekun vurulacaq.
 

 





26.02.2025    çap et  çap et