İcarə əsasında "Betis"də çıxış edən "Mançester Yunayted"in futbolçusu Entoninin cəzası ləğv olunub.
QOL.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
La Liqanın 25-ci turunda "Xetafe" ilə matçda (2:1) braziliyalı vingerə qırmızı vərəqə göstərilib. O, bu səbəbdən martın 1-də "Real"a qarşı keçiriləcək görüşdə iştirak etməməli idi. Lakin onun cəzası yenidən baxılıb və ləğv olunub.
Qeyd edək ki, Entoni "Betis"in heyətində 6 matça çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib. Onun İspaniya klubunda icarə müddəti mövsümün sonuna qədərdir.
çap et