525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iki ölkənin sərhədində, Omo çayı yaxınlığında yerləşən Lopeymukat və Natira bölgələrində baş verib. Qarşıdurma zamanı 13 efiopiyalının öldüyü, 3 nəfərin yaralandığı, 22 keniyalı balıqçının isə itkin düşdüyü bildirilib.
Keniyanın Turkana qubernatoru Jeremiah Lomorukai insidentin şənbə axşamı başladığını və 15 balıqçı qayığının oğurlandığını açıqlayıb. O, həmçinin Efiopiyanın Dasenech etnik qrupuna mənsub 6 balıqçının xilas edilərək geri göndərildiyini bildirib.
Keniyanın daxili işlər naziri Kipçumba Murkomen bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini və Efiopiya ilə əlaqə yaradaraq iki tərəf arasında sülhün təmin edilməsi üçün danışıqlar aparıldığını bildirib.
Malik Atilay
çap et