525.Az

Sudanda hərbi təyyarənin qəzaya uğradı


 

Sudanda hərbi təyyarənin qəzaya uğradı<b style="color:red"></b>

Sudanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 45 nəfər həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Omdurman şəhərində baş verib.

Təyyarə havaya qalxdıqdan az sonra texniki problemlər üzündən idarəetməni itirərək yaşayış evinə çırpılıb. Nəticədə göyərtədə olan hərbçilərlə yanaşı evin sakinləri də həlak olub. 

Qeyd edək ki, həyatını itirənlər arasında Xartum hərbi dairəsinin komandanı, general Bahar Ahmed də var.

L.Tağıyeva

 





26.02.2025    çap et  çap et