525.Az

Mədəniyyət və İncəsənət Universitetində Bilik Fondunun təqdimatı olub


 

Mədəniyyət və İncəsənət Universitetində Bilik Fondunun təqdimatı olub<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan  Respublikasının  Prezidenti Yanında  Bilik  Fondunun  təqdimatı keçirilib.

Fondun nümayəndə heyətinin və Universitetin  professor-müəllim  və  tələbələrinin   iştirak   etdiyi təqdimatda Bilik  Fondunun  keçirdiyi  layihələri  əks  etdirən  videoçarx  nümayiş olunub.

Fondun  İnformasiya  təminatı  sektorunun  məsləhətçisi  Sərxanbəy  Xuduyev iştirakçıları   Bilik  Fondunun  fəaliyyət  istiqamətləri,  məqsəd  və  vəzifələri, layihələri, gələcək  planları və idarə  heyətinin  təşkili  barədə  məlumatlandırıb. Fondun  İnformasiya  Təminatı  sektorunun  müdiri   Xatirə  Hüseynova  Universitetin  tələbələrini fondun  dəstəyilə  keçirilən  bir  sıra  yarışmalarda fəal  iştiraka  çağırıb.

Fondun  icraçı  direktoru   Oqtay  Səmədov isə  cəmiyyətin  ən fəal  təbəqəsi  olan tələbə gənclərin  bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsinin  Bilik Fondunun əsas  missiyası olduğunu  vurğulayıb  və  gəncləri  müxtəlif  növ  tədbirlərə  könüllülər  qismində cəlb olunmağa çağırıb.

Qeyd  edək ki, Bilik   Fondu   Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il  tarixli  fərmanı ilə   ölkə əhalisinin  maairfləndirilməsi,  dövlətimizin  daxili  və  xarici  siyasətinin, ictimai-siyasi  və  sosial-iqtisadi  proseslərin  mahiyyətinin  ictimaiyyətə  çatdırılması, milli-mənəvi  dəyərlərin  təbliği  məqsədilə  yaradılıb.

Daha  sonra   Oqtay  Səmədov  iştirakçıların  suallarını  cavablandırıb. Təqdimatın sonunda  Fondun Universitetin  tələbə-müəllim  heyətilə  əməkdaşlıq  məsələləri  müzakirə  edilib.

 





02.12.2014    çap et  çap et