525.Az

Azərbaycan Ordusunun hərbi qulluqçusu Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib


 

Azərbaycan Ordusunun hərbi qulluqçusu Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib<b style="color:red"></b>

Fevralın 27-də Seul şəhərində Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

525.az-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əliyev Ədib Nazim oğlu təhsildə fərqləndiyi və xarici kursantlar arasında 1-ci yerə layiq görüldüyü üçün medalla təltif olunub.

"Koreya Quru Qoşunlarının Xidmətdə Fərqlənmə Medalı"nı hərbi qulluqçumuza Cənubi Koreya Respublikasının milli müdafiə nazirinin vəzifələrini icra edən cənab Kim Seon-ho təqdim edib.

 





27.02.2025    çap et  çap et