525.Az

Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib


 

Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib<b style="color:red"></b>

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycana rəsmi səfərə gəlib.

525.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.

 





27.02.2025    çap et  çap et