525.Az

Baş nazir: NED-in fəaliyyəti Gürcüstan üçün zərərli idi


 

Baş nazir: NED-in fəaliyyəti Gürcüstan üçün zərərli idi<b style="color:red"></b>

ABŞ-nin Milli Demokratiya Fondunun (NED) fəaliyyəti Gürcüstan üçün zərərli idi.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ozurqetidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu addımlar xarici maliyyə ilə inqilabi hərəkətlər və müəyyən istiqamətlərdə təbliğat, Gürcüstanın dövlət maraqlarına zidd fəaliyyətlər idi.

Baş nazir NED-in maliyyələşdirdiyi bu cür fəaliyyətlərin azalmasının ölkə və dövlət üçün faydalı olacağını bildirib və bu maliyyələşdirmənin məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

 





27.02.2025    çap et  çap et