525.Az

İsrail əsgərlərini Qəzza-Misir sərhədindən çıxarmayacaq - CNN


 

İsrail əsgərlərini Qəzza-Misir sərhədindən çıxarmayacaq - <b style="color:red">CNN</b>

İsrail Qəzza zolağı ilə Misir arasındakı sərhəddən öz qoşunlarını çıxarmaq niyyətində deyil.

525.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Martın 1-i şənbə günü başa çatacaq atəşkəs razılaşmasının uzadılması halında İsrail ordusunun bölgədən çıxarılmasının martın əvvəlində başlayacağı gözlənilirdi.

"Biz Filadelfiya dəhlizini tərk etməyəcəyik", - İsrail rəsmisi bildirib.

Mənbənin sözlərinə görə, İsrail Fələstinin HƏMAS hərəkatının yük maşınlarında və tüfənglərlə sərhəd boyu hərəkət etməsinə icazə verməyəcək.

Pərvanə Sultanova

 





27.02.2025    çap et  çap et