Rusiya nümayəndələri ilə ABŞ-nin yeni administrasiyası arasında ilk təmaslar problemlərin həlli üçün qarşılıqlı ümid yaradır.
525.az "Report" a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiyasının geniş iclasında deyib.
Onun sözlərinə görə, amerikalı tərəfdaşlar “köhnə klişelərdən” imtina etmək istəyi və praqmatizm nümayiş etdirirlər:
“Biz hamımız dünya və dünyadakı vəziyyət necə sürətlə dəyişdiyini görürük. Bu baxımdan qeyd etmək istərdim ki, ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur. Dövlətlərarası münasibətlərin bərpası istiqamətində qarşılıqlı münasibət var”.
çap et