525.Az

Ukraynada 5 milyondan çox insan ərzaq çatışmazlığından əziyyət çəkir 


 

Ukraynada 5 milyondan çox insan ərzaq çatışmazlığından əziyyət çəkir <b style="color:red"></b>

Ukraynada 5 milyondan çox insan və ya ümumi əhalinin 15 faizi ərzaq çatışmazlığından və həyat üçün vacib olan digər məhsulların yoxluğundan əziyyət çəkir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda Ukraynanın cənub və şərqində vəziyyətin daha gərgin olduğu bildirilir.

Bundan başqa, 3,6 milyon insanın ölkənin digər bölgələrinə köç etdiyi, həmçinin, 6 milyon ukraynalının Avropa ölkələrində qaçqın həyatı sürdüyü də xəbərdə əks olunub.

Qeyd edək ki, hazırda Ukraynada hərbi vəziyyət hökm sürür. Bu isə həm də o deməkdir ki, 18-60 yaşlı kişilərin ölkədən çıxışı qadağandır.

L.Tağıyeva

 





27.02.2025    çap et  çap et