525.Az

Ukrayna hökuməti jurnalistlərin ölkədən çıxışına qadağa qoydu


 

Ukrayna hökuməti jurnalistlərin ölkədən çıxışına qadağa qoydu<b style="color:red"></b>

Ukraynanın Mədəniyyət Nazirliyi martın 3-dən etibarən jurnalistlərə və mədəniyyət işçilərinə fərdi şəkildə ölkəni müvəqqəti tərk etmək üçün lazım olan razılıq sənədinin verilməsini dayandıracaq.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, buna səbəb razılıq sənədi ilə ölkədən çıxanların bir qisminin geri qayıtmamasıdır.

Razılıq sənədini alaraq sərhədi keçənlərin bir qisminin ölkəyə dönməməsi halları son zamanlar daha intensiv xarakter aldığından, hökumət bu qərarı verməyə məcbur olub.

Qeyd edək ki, qeyri-rəsmi mənbələrin məlumatına görə, müharibə başlayandan bu günə kimi 3 milyon insan bu yolla ölkəyə qayıtmayıb. Bura sərhədləri qeyri-qanuni keçənlər daxil deyil.

L.Tağıyeva

 





27.02.2025    çap et  çap et