525.Az

“Ulu Çinar” Türk xalqları ədəbiyyatı dərgisinin ilk sayı nəşr olunub


 

“Ulu Çinar” Türk xalqları ədəbiyyatı dərgisinin ilk sayı nəşr olunub<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin yeni “Ulu Çinar” Türk xalqları ədəbiyyatı dərgisi ilk sayı işıq üzü görüb.
 
Dərgi türkiyəli şair Kaan İncənin şeirləri ilə açılır. Lirik duyğulara köklənən şairin şeirlərində ölümdən, həyatdan, insanların hiss və həyəcanlarından bəhs olunur.

Daha sonra dərgidə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın bu il 100 illik yubileyi qeyd olunan məşhur Türk şairi Fazil Hüsnü Dağlarca haqqında düşüncələri yer alıb. Müəllif həmin yazısında böyük şairin poeziyasına geniş ekskurs edib.

Dərginin “Müasir Azərbaycan ədəbiyyatı Türkiyə türkcəsində” bölməsində şairə Sona Vəliyevanın şeirləri Oktay Hacımusalının çevirisində oxuculara təqdim olunub.

Bundan başqa, dərgidə Kazıbek Şaxanovun (Qazaxıstan), Gennadi Ayginin (Çuvaşıstan), Renat Xarisin (Tatarıstan), Lazar Kokişevin (Altay diyarı), Bəstə Sakallının (Şimali Kıbrıs), Nataliya Axpaşevanın(Xakasiya), Liliya Qazizovanın (Tatarıstan), Əməl Eminin (Rumıniya), Mariya Kuçumova (Başqırdıstan), İvan Miqalkinin (Yakutiya) şeirləri,Sanjar Yanışevin (Özbəkistan), Çingiz Aytmatovun (Qırğız eli), Ömər Seyfəddinin (Türkiyə), Kadir Aydemirin (Türkiyə), İsmayıl Bozkurtun (Şimali Kıbrıs) və başqa ədiblərin hekayələri, Hikmət Babaoğlunun (Azərbaycan), Elxan Zalın(Azərbaycan), Fəridə Qabidullinanın (Tatarıstan), Rəhmi Əlinin (Batı Trakya), Nicat Zal(Azərbaycan), Təranə Yusif Rəhimlinin (Azərbaycan), Rana İslam Dəyirmançının (Bosniya), eləcə də digər müəlliflərin yazıları dərc olunub.

Jurnalda türkiyəli fotoqraf İlyas Göçmənin yaradıcılığına da yer verilib.

 





02.12.2014    çap et  çap et