525.Az

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 7 %-dən çox artırıb


 

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 7 %-dən çox artırıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycan Rusiyaya 81,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

525.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 21,9 % azalaraq 37,1 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 5,6 % artaraq 26,5 milyon ABŞ dolları olub.

Ötən ay Azərbaycan həmçinin 22,2 milyon ABŞ dolları, Ukraynaya isə 21,8 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

 





28.02.2025    çap et  çap et