525.Az

Asiya Parlament Assambleyası Ermənistandan qovulan azərbaycanlıların yurdlarına qayıtmasını dəstəkləyib


 

Asiya Parlament Assambleyası Ermənistandan qovulan azərbaycanlıların yurdlarına qayıtmasını dəstəkləyib<b style="color:red"></b>

"Fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib: “Bakı Bəyyanaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib”.

 





28.02.2025    çap et  çap et