Ukrayna prezidenti Vladimir Zelenskinin olduğu təyyarə gecə saatlarında ABŞ-dakı Endryus Hərbi Hava Qüvvələri bazasına eniş edib.
525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edilib ki, Ukrayna liderinə məxsus A319 reysi İrlandiyanın Şennon aeroportundan havaya qalxaraq Merilend ştatında eniş edib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Zelenski ilə nadir torpaq ehtiyatlarına dair saziş imzalamağa yaxın olduqlarını açıqlamışdı. O, əlavə edib ki, Ukrayna lideri ilə razılığa gəlib və eyni zamanda razılaşmanın Ukrayna üçün faydalı olacağına inanır.
İbrahim Cəfərov
çap et