Tezliklə Azərbaycanın U-21 millisinə yeni baş məşqçi təyin olunacaq.
525.az-ın xəbərinə görə, bununla bağlı AFFA rəhbərliyi ilə "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov arasında danışıqlar aparılıb və razılıq əldə edilib. Təyinatla bağlı qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən veriləcək.
Daha əvvəl sport24.az saytının da yazdığına görə, AFFA U-21 millisini "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova tapşıracaq.
Qarşılıqlı razılıq əsasında Abbasov həm klubda, həm də yığmada çalışacaq. Assosiasiyanın planına əsasən bölgə təmsilçisi gənclər yığmasının əsas bazasını təşkil edəcək.
Beləliklə, Azərbaycanın U-21 millisi Avro-2027-nin seçmə mərhələsinə Ayxan Abbasovu rəhbərliyi altında çıxacaq. Seçmə mərhələdə B qrupunda yarlşacaq millimizin rəqibləri Portuqaliya, çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları olacaq.
Qeyd edək ki, Samir Əliyevin gedişindən sonra U-21-in baş məşqçisi postu boş qalmışdı.
çap et