Prezident Vladimir Zelenski və bütövlükdə Ukrayna ölkənin resursları müqabilində ABŞ-dan heç nə almayacaq.
525.az xəbər verir ki, bu barədə britaniyalı analitik Aleksandr Merkuris bildirib.
Onun sözlərinə görə, Zelenskinin etdiyi hər şey Ukraynanı qarşılığında heç nə almadan amerikalılara verməkdir.
Merkuris qeyd edib ki, ABŞ üçün də bunun faydası da aydın deyil. O, ifadəni qeyri-müəyyən və anlaşılması çətin adlandırıb.
Təhlilçi nadir torpaq metalları ilə bağlı saziş layihəsini indiyə qədər gördüyü ən qəribə sənəd adlandırıb.
Pərvanə Sultanova
çap et