525.Az

Tramp Zelenskinin “sülhə hazır olmadığını” söyləyib


 

Tramp Zelenskinin “sülhə hazır olmadığını” söyləyib<b style="color:red"></b>

Ukrayna lideri Volodimir Zelenski ilə gərgin danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp onun “sülhə hazır olmadığını” deyib.

525.az “Report” a istinadən xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – dövlət başçısı yazıb.

Qeyd edək ki, iki ölkə prezidentləri arasında danışıqlar çəkişmə ilə yekunlaşıb.

Görüşü canlı yayımlayan “Associated Press” bunu “Oval kabinetdə açıq antaqonizmin heyrətamiz nümayişi” adlandırıb.

“Tramp Zelenskini ABŞ-yə Ukraynanın qiymətli minerallarına çıxış imkanı verəcək və onu Amerika liderinin şərtləri ilə müharibənin diplomatik həllinə sövq edəcək razılaşma əldə etməyə məcbur etmək səylərini ortaya qoydu”, – nəşr yazıb.

 





28.02.2025    çap et  çap et