525.Az

TASS müxbiri Ağ evdə Tramp – Zelenski görüşündən qovulub


 

TASS müxbiri Ağ evdə Tramp – Zelenski görüşündən qovulub<b style="color:red"></b>

Rusiyanın TASS informasiya agentliyinin müxbiri ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdən qovulub.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Dövlət agentliyinin akkreditasiya olunmuş media qurumları siyahısında olmadığı vurğulanıb.

Reportyoru Oval kabinetdən Ağ evin mətbuat katibi Kerolayn Levitt müşayiət edib. Jurnalistin iki ölkə liderləri arasında görüşə buraxılması “səhv” adlandırılıb.

 





28.02.2025    çap et  çap et