525.Az

TQDK Hərbi Akademiyaya imtahan keçirdi


 

TQDK Hərbi Akademiyaya imtahan keçirdi<b style="color:red"></b>

TQDK Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib.

525.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib.

İmtahan saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfəri imtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

 





02.12.2014    çap et  çap et