525.Az

Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək


 

Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona gedəcək.

525.az “Report”a istinadən xəbər verir ki, səfərdə məqsəd Böyük Britaniyanın Baş naziri Kir Stamerin təşkil etdiyi Avropa liderlərinin görüşündə iştirak etməkdir.

Görüşdə Ukrayna mövzusunun müzakirəsi gözlənilir.

ABŞ-ə uğursuz səfərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Londonda baş tutacaq müzakirələrə qatılacaq.

 





01.03.2025    çap et  çap et