Türkiyə Preizdentinin köməkçisi Cevdet Yılmaz PKK-nın atəşkəs elan etməsinəmünasibət bildirib.
525.az APA-ya istinadən xəbər verir ki, Cevdet Yılmazın sözlərinə görə, PKK terror təşkilatının atəşkəs elan etməsi ilə Terrorsuz Türkiyə hədəfinə doğru yeni mərhələyə qədəm qoyulub.
Prezident köməkçisi, həmçinin bu prosesin nəticələrinin hökumət tərəfindən diqqətlə izlənəcəyini vurğulayıb.
Qeyd edək ki, PKK terror təşkilatı bu gün, Abdullah Öcalının çağırışına əsasən, atəşkəs elan etdiyi barədə məlumat yayıb.
çap et