525.Az

Rusiyada sərnişin avtobusu dayanacağa çırpıldı


 

Rusiyada sərnişin avtobusu dayanacağa çırpıldı<b style="color:red"></b>

Hadisə bu gün yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 16:30) Sankt-Peterburqda baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lenin prospektində hərəkətdə olan avtobus yol kənarında dayanan bir neçə avtomobilə dəydikdən sonra gəldiyi sürətlə dayanacağa çırpılıb.

Dayanacaqda avtobus gözləyən 3 nəfər xəsarət alıb. 1 nəfər isə dünyasını dəyişib. Ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, hadisə yerində ekspertlər işləyir. Qəzanın ilkin səbəbi kimi sürücünün idarəetməni itirməsi göstərilir.

L.Tağıyeva

 





28.02.2025    çap et  çap et