525.Az

İtaliyada Çingiz Aytmatova abidə qoyuldu


 

İtaliyada Çingiz Aytmatova abidə qoyuldu<b style="color:red"></b>

Dünən Romada, "Villa Qratsioli" parkında tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, açılışda rəsmi şəxslərlə yanaşı, Aytmatovun ailə üzvləri də iştirak edib.

Abidənin memarı qırğızıstanlı Aleksey Morozovdur. 

Qeyd edək ki, İtaliyanın paytaxtı Romada dahi Azərbaycan şairi Nizami Gəncəvinin də abidəsi var. "Villa Borghese" parkında ucaldılan abidənin açılışı 2012-ci ildə olub.

L.Tağıyeva

 





28.02.2025    çap et  çap et