525.Az

35 ölkənin siyasi elitası Bakıya yığışacaq


 

35 ölkənin siyasi elitası Bakıya yığışacaq<b style="color:red"></b>

Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında 35 ölkədən 200-ə qədər nümayəndə iştirak edəcək.

Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına deyib.

Onun sözlərinə görə, şübhə yoxdur ki, bu Assambleya ən yüksək səviyyədə təşkil olunacaq. Çünki Azərbaycanın artıq bu sahədə kifayət qədər təcrübəsi və bunun üçün lazımi imkanları var.

Əhmədov bildirib ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə münasibətlərin inkişafı Yeni Azərbaycan Partiyasının xarici əlaqələrinin mühüm istiqamətlərindən birini təşkil edir. Yeni Azərbaycan Partiyası bu Konfransın İdarə Heyətinə daxil olan 21 partiyadan biridir.

İCAPP-ın daxili Nizamnaməsinə əsasən, assambleyalararası dövrlərdə qurumun Daimi Komitəsinin müxtəlif ölkələrdə hazırlıq və proqram tərtib etmək məqsədi ilə iclasları keçirilir.
Qeyd edək ki, bu ilin iyun ayında Bakı şəhərində Baş Abbambleyaya hazırlıq məqsədilə keçirilən İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasında qurumun VII Baş Assambleyasının 2012-ci ilin noyabr ayının 22-23-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb. VII Baş Assambleyada "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda müzakirələr aparılacaq.

 





20.11.2012    çap et  çap et