525.Az

Makron Ukraynaya böyük yardımın anonsunu verib


 

Makron Ukraynaya böyük yardımın anonsunu verib<b style="color:red"></b>

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bir neçə milyard avro dəyərində böyük maliyyə yardımı ala bilər.

525.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə “La Tribune” qəzetinə müsahibəsində məlumat verib.

Makron Avropa İttifaqından Ukraynaya bir neçə milyard avronun ayrılmasına icazə verib.

Yardımla bağlı qərar Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində qəbul edilə bilər.

“Martın 6-da keçiriləcək sammit çox vacibdir. Bu külli miqdarda vəsaitin yüz milyardlarla avroya bərabər olacağı ehtimal edilir”, - Makron deyib.

O həmçinin əlavə edib ki, sammitin məqsədi Avropa İttifaqının Ukraynaya dəstəyini gücləndirməkdir.

 





02.03.2025    çap et  çap et