525.Az

Starmerin Ukrayna münaqişəsinə dair PLANLARI


 

Starmerin Ukrayna münaqişəsinə dair <b style="color:red">PLANLARI</b>

London və Paris Kiyevlə Ukrayna münaqişəsinin başa çatdırılması planı üzərində çalışacaq.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

Kir Starmer deyib ki, daha sonra bu plan Vaşinqtonla müzakirə olunacaq.

Böyük Britaniyanın Baş naziri qeyd edib ki, Londonda baş tutacaq sammit münaqişənin həllindən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün könüllü hərbi koalisiyanın yaradılmasına həsr olunub.

Qeyd edək ki, bu gün Londonda Avropa Təhlükəsizlik Sammiti keçiriləcək.

 





02.03.2025    çap et  çap et