525.Az

Hindistanda qar uçqunu - 8 nəfər öldü


 

Hindistanda qar uçqunu - <b style="color:red">8 nəfər öldü</b>

Hindistanın şimalındakı dağlıq Uttarxand ştatında qar uçqunu nəticəsində 8 nəfər ölüb.

525.az "Report"a istinadən xəbər verir ki, ümumilikdə 54 nəfər tapılaraq xilas edilib.

Xatırladaq ki, uçqun fevralın 28-də Uttarxandın Çamoli rayonunda qeydə alınıb. Zərərçəkmiş ilk on nəfər dərhal qarın altından çıxa bilib, qalanları isə xilasedicilərin köməyi ilə çıxarılıb.

Xilasetmə əməliyyatı iki gün davam edib və güclü qar yağması səbəbindən vaxtaşırı dayandırılıb.

 





02.03.2025    çap et  çap et