525.Az

Vüsal İsgəndərlinin komandasından heç-heçə


 

Vüsal İsgəndərlinin komandasından heç-heçə<b style="color:red"></b>

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə 1-ci Liqasında 27-ci turun matçına çıxıb.

QOL.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin komandası doğma meydanda "Erzurumspor"u qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb. 

Vüsal həmin oyuna 90-cı dəqiqədə meydana daxil olub. 

"Boluspor" turnir cədvəlində 38 xalla 10-cu yerdədir. "Erzurumspor" isə 45 xalla 4-cü yerdədir. 

 





02.03.2025    çap et  çap et