525.Az

London Kiyevə hərbi satınalmalar üçün əlavə 2 milyard dollar ayıracaq


 

London Kiyevə hərbi satınalmalar üçün əlavə 2 milyard dollar ayıracaq<b style="color:red"></b>

Böyük Britaniya Ukrayna ilə Kiyevin hərbi satınalmalar, o cümlədən HHM raketləri üçüb 2 milyard dollar alacağı yeni iqtisadi saziş imzalayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer Londonda Ukrayna üzrə Avropa liderlərinin görüşündən sonra keçirilmiş mətbuat konfransında bildirib.

“Bu gün Ukraynaya Belfastda istehsal olunacaq 5 mindən çox hava hücumundan müdafiə raketi almaq üçün 1,6 milyard funt sterlinq (2 milyard dollar – red.) istifadə etməyə imkan verən yeni iqtisadi razılaşmanı elan edirəm”, – o qeyd edib.

Starmerin sözlərinə görə, bu saziş həmçinin Böyük Britaniyanın müdafiə sektorunda iş yerlərinin yaradılmasına da yol açacaq.

“Bu, kritik infrastrukturun qorunması və Ukraynanın möhkəmləndirilməsi üçün həyati önəm daşıyacaq”, – o əlavə edib.

 





02.03.2025    çap et  çap et