525.Az

"Neftçi"nin legioneri 2 oyunluq cəza aldı


 

"Neftçi"nin legioneri 2 oyunluq cəza aldı<b style="color:red"></b>

AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Bassalu Sambunu cəzalandırıb.

QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

27 yaşlı hücumçu Azərbaycan kubokunun 1/4 finalında "Kəpəz”lə cavab oyununun 58-ci dəqiqəsində qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə də o, 2 oyunluq cəzalandırılıb.

"Neftçi" isə 1500 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən oyunda "Neftçi" 1:0 hesablı qələbə qazanıb. İlk görüşdə də qalib gələn (2:0) paytaxt təmsilçisi yarımfinala adlayıb.

 





03.03.2025    çap et  çap et