525.Az

"Şamaxı" "Səbail"ə qalib gəldi


 

"Şamaxı" "Səbail"ə qalib gəldi<b style="color:red"></b>

Bu gün Misli Premyer Liqasında 25-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə autsayder "Səbail" öz meydanında "Şamaxı" ilə qarşılaşıb. 

 

 

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı" bu qələbı ilə xallarını 24-ə çatdırıb və 7-ci pilləyə yüksələrək autsayderlərdən bir qədər uzaqlaşıb.

Bu komandaların ilk dövrədəki matçında "Səbail" 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrədəki oyunda isə qolsuz heç-heçə qeydə alınmışdı.

Bu gün həmçinin, "Sumqayıt" - "Qarabağ" matçı da keçiriləcək.

3 mart (bazar ertəsi)

Misli Premyer Liqası, 25-ci tur

17:00.“Səbail” – “Şamaxı” - 0:2

Qollar: Vasiliye Bakiç, 41, Andrey Tirkoveanu, 53
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Namik Hüseynov
“ASCO Arena”

19:30.“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

4 mart (çərşənbə axşamı)

17:30.“Turan Tovuz” – “Zirə”
19:30.“Sabah” – “Araz-Naxçıvan”

5 mart (çərşənbə)

17:00. “Kəpəz” – “Neftçi”

 





03.03.2025    çap et  çap et