525.Az

Xavi "Yuventus"un baş məşqçisi ola bilər


 

Xavi "Yuventus"un baş məşqçisi ola bilər<b style="color:red"></b>


"Barselona"nın keçmiş baş məşqçisi Xavi "Yuventus"a rəhbərlik edə bilər.

QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

Turin klubunun rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə Tyaqo Motta ilə yolları ayırmaq istəyir. A seriyası təmsilçisi Xavini Mottanın əvəzedicisi kimi görür.  

Xavi isə "qoca sinyora"nın baş məşqçisi olacağı təqdirdə 21 yaşlı Fermin Lopezi transfer etmək istəyir.

Xatırladaq ki, Xavi 2024-cü ilin mayında "Barselona"dan ayrıldıqdan sonra işsizdir.

"Yuventus" hazırda İtaliya A seriyasının turnir cədvəlində 22 oyundan sonra 37 xalla 5-ci yerdədir.

 





03.03.2025    çap et  çap et