525.Az

Ömer Çelik: İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır


 

Ömer Çelik: İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır<b style="color:red"></b>

İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır. 

525.az “Report” a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında yaşanan gərginlikdən bəhs edən partiya rəsmisi bildirib ki, artıq strateji fikir ayrılıqları müşahidə olunur.

Ö.Çelik, həmçinin Avropa İttifaqının (Aİ) ikiüzlülük etdiyini bildirib: “ABŞ-nin yaşadığı problemlərin həlli Türkiyədədir. Aİ-nin isə siyasi dividentlərini qorumaq üçün Türkiyədən başqa yolu yoxdur”.

 





03.03.2025    çap et  çap et