525.Az

"İnter"də ciddi itki


 

"İnter"də ciddi itki<b style="color:red"></b>

"İnter"in müdafiəçisi Federiko Dimarko zədələnib.

QOL.az xəbər verir ki, o, A seriyasının "Napoli" ilə son matçında (1:1) sıradan çıxıb.

Müdafiəçi təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Klubunun yaydığı açıqlamada yaxın günlərdə futbolçunun yenidən tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, Dimarko bu mövsüm 34 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

 





04.03.2025    çap et  çap et