İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.
Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddiaların da görüş zamanı gündəmə gətirildiyini bildirib.
çap et