525.Az

Şimali Koreyada ad qadağası


 

Şimali Koreyada ad qadağası<b style="color:red"></b>

Şimali Koreya Xalq Demokratik Respublikası hakimiyyəti yerli sakinlərə ölkə lideri Kim Çen Inın adını övladlarına verməyi qadağan edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl Kim Çen In adı qoyulan insanlar da bu addan istifadə edə bilməzlər.  

Məlumata görə, Şimali Koreya hakimiyyəti bu addımı ölkənin indiki liderinin ali rolunu qorumaq üçün atıb.

Sənəd müəlliflərinin fikrincə, ölkə lideri və onun atasının adlarının adi vətəndaşların adı ilə üst-üstə düşməsi “arzuolunan” deyil. 

2011-ci ildə hazırkı Koreya liderinin atası Kim Çen İr verdiyi sərəncamla adı onun adı ilə eynilik təşkil edən vətəndaşlara adlarını “könüllü” dəyişməyi təklif edib. Bundan bir qədər əvvəl isə Kim Çen İr 1948-ci ildən 1994-cü ilə qədər Şimali Koreyanın əvəzsiz lideri və banisi olan atası Kim İr Senin adını uşaqlara qoymağı qadağan edib.

 





03.12.2014    çap et  çap et