525.Az

Cəbhə bölgəsindəki hərbi hissələrin hazırlığı yoxlanılır


 

Cəbhə bölgəsindəki hərbi hissələrin hazırlığı yoxlanılır<b style="color:red"></b>

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a bildiriblər ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.

 





03.12.2014    çap et  çap et