525.Az

HƏMAS Qəzzanın yenidən qurulması müqabilində silahı yerə qoymayacaq


 

HƏMAS Qəzzanın yenidən qurulması müqabilində silahı yerə qoymayacaq<b style="color:red"></b>

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının yenidən qurulması və ya humanitar yardım müqabilində anklavdakı döyüşçülərini tərksilah etmək niyyətində deyil.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri bildirib.

“Müqaviməti silahsızlaşdırmaq qırmızı xəttdir və bu, müzakirə olunmayacaq. Onun (silahların - red.) yenidənqurma və ya yardım təchizatı ilə dəyişdirilməsinə razı olmayacağıq”, - o deyib.

Qeyd edək ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər.

Sazişin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. Razılaşmanın birinci mərhələsində bütün israilli girovlar və öldürülənlərin cəsədləri vətənlərinə qaytarılıb. Bunun müqabilində İsrail 1 500-dən çox fələstinlini həbsdən azad edib, onlardan bəziləri Fələstin ərazilərindən qovulub.

 





04.03.2025    çap et  çap et