525.Az

Britaniyada partiya rəhbəri ABŞ-ın Kiyevə yardımı dayandırmaq qərarını dəstəkləyib


 

Britaniyada partiya rəhbəri ABŞ-ın Kiyevə yardımı dayandırmaq qərarını dəstəkləyib<b style="color:red"></b>

ABŞ administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarı yaxşı xəbərdir.

525.az xəbər verir ki, bu barədə Britaniya İrs Partiyasının lideri Devid Kerten özünün X sosial şəbəkə hesabında yazıb.

"Yaxşı xəbər! “Prezident Donald Tramp münaqişəni dayandırmaq üçün Ukraynaya ölümcül yardımı dayandırır”, – siyasətçi vurğulayıb.

Bundan əvvəl Tramp Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Amerika liderinin qərarı daha sonra Ağ Ev tərəfindən KİV-ə təsdiq edilib. Reuters-in məlumatına görə, çatdırılmalar artıq martın 4-də dayandırılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun qərarını şərh edərək bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması sülhə ən yaxşı töhfə ola bilər.

Pərvanə Sultanova

 





04.03.2025    çap et  çap et