525.Az

Moskvada sinaqoqda və metroda terror aktının qarşısı alınıb


 

Moskvada sinaqoqda və metroda terror aktının qarşısı alınıb<b style="color:red"></b>

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) paytaxt Moskvada sinaqoq və metro stansiyasında törədilən terror aktının qarşısının alındığını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, FSB-nin mətbuat xidməti bildirib ki, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü olan Orta Asiya əsilli Rusiya vətəndaşının terror fəaliyyətinin qarşısı alınıb.

Sözügedən şəxsin Moskvada sinaqoq və metro stansiyasında terror aktı törətməyi planlaşdırdığı bildirilən açıqlamada: "Terrorçu hücumlardan sonra Əfqanıstana getməyi planlaşdırırıb. Bu şəxs Moskva bölgəsində saxlanılarkən təhlükəsizlik qüvvələrinə müqavimət göstərərək zərərsizləşdirilib", - deyilib.

Açıqlamada bildirilib ki, həmin şəxsin yaşadığı evdə aparılan axtarış zamanı silah və partlayıcı qurğuların istehsalında istifadə olunan kimyəvi materiallar aşkar edilib.

Qeyd edək ki, ötən il FSB Moskvada sinaqoqda törədilən terror aktının qarşısının alındığını bildirmişdi.

Malik Atilay

 





03.03.2025    çap et  çap et