525.Az

İranda 5,1 bal gücündə zəlzələ


 

İranda 5,1 bal gücündə zəlzələ<b style="color:red"></b>

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

525.az xarici mediaya istinadən verdiyi məlumata əsasən, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya görə, episentri Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhəri olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 09:55-də qeydə alınıb.

Qeyd edək ki, yerin 28 kilometr dərinliyində baş verən zəlzələdə tələfat olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.

Malik Atilay 

 





03.03.2025    çap et  çap et