525.Az

Hindistanda qar uçqunu altında qalan 41 nəfərin xilas edilməsi üçün işlər aparılır


 

Hindistanda qar uçqunu altında qalan 41 nəfərin xilas edilməsi üçün işlər aparılır<b style="color:red"></b>

Hindistanın Uttarxand əyalətində qar uçqunu altında qalan 57 nəfərdən 16-sı xilas edilib, digərlərinə çatmaq üçün işlər aparılır.

525.az xarici KİV-ə istinadən bildirir ki, Hindustan Times xəbər verir ki, səlahiyyətlilər əyalətin şimal hissəsində, Çinin Tibet Muxtar Bölgəsi ilə sərhədinə yaxın ərazidə qar uçqunu olduğunu bildiriblər.

Səlahiyyətlilər ilkin məlumatlara görə, 57 nəfərin uçqun altında qaldığını və onlardan 16-nın xilas edildiyini bildirib.

Səlahiyyətlilər qar uçqunundan zərər çəkmiş əraziyə girişin olmadığına və hava şəraitinin xilasetmə işlərini çətinləşdirdiyinə diqqət çəkərək, itkin düşən 41 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.

Malik Atilay 

 





03.03.2025    çap et  çap et