525.Az

Aİ-nin 800 milyard avroluq silahlanma planı


 

Aİ-nin 800 milyard avroluq silahlanma planı<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu və hazırladıqları Avropanın yenidən silahlanma planı ilə təxminən 800 milyard avro dəyərində müdafiə xərclərinin səfərbər edilə biləcəyini bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Von der Leyen Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin yeni müdafiə paketi və yenidən silahlanma planını təqdim edib.

Çox vacib və təhlükəli dövrlərdən keçdiklərini vurğulayan von der Leyen, əgər hazır olmasaq, dağıdıcı nəticələrlə üzləşə biləcəklərini bildirib.

Von der Leyen Avropanın təhlükəsizliyinin real təhlükə altında olduğunu və Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Avropanın qısa müddətdə təcili ehtiyaclara baxmalı, Ukraynanı dəstəkləməyə davam etməli və uzunmüddətli perspektivdə təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu qeyd edən Von der Leyen, cümə axşamı keçiriləcək Aİ Sammiti öncəsi liderlərə məktub göndərdiyini açıqlayıb.

Malik Atilay 

 





04.03.2025    çap et  çap et