Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 döyüş təyyarəsi təlim zamanı itib.
525.az xarici mediaya əsasən xəbər verir ki, “Philstar” qəzetinin məlumatına görə, təlimlər çərçivəsində Sebu şəhərindən FA-50 qırıcıları havaya qalxıb.
Təyyarələr hədəf əraziyə çatmazdan bir neçə dəqiqə əvvəl onlardan biri ilə əlaqə kəsilib.
Digər təyyarələrin itmiş təyyarə ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb.
Qeyd edək ki, Hərbi Hava Qüvvələri itkin düşən təyyarə və ekipajının tapılması üçün axtarışlara başlanıldığını açıqlayıb.
Malik Atilay
çap et