525.Az

Kanada ABŞ-dən idxal olunan mallara 25 faiz rüsum tətbiq edəcək


 

Kanada ABŞ-dən idxal olunan mallara 25 faiz rüsum tətbiq edəcək<b style="color:red"></b>

Kanadanın Baş naziri Castin Trüdo bu gündən etibarən Kanadanın ABŞ-dan idxal etdiyi mallara 25 faizlik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Trüdo ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan idxala gömrük rüsumlarının bu gündən başlayacağı ilə bağlı açıqlamasına cavab verib.

Kanadanın bu ədalətsiz qərarın cavabsız qalmasına icazə verməyəcəyini vurğulayan Trüdo: "Amerika tarifləri qüvvəyə minərsə, Kanada bu gündən qüvvəyə minən 25 faizlik tariflə cavab verəcək", - deyib.

Qeyd edək ki, prezident Tramp dünən Kanada və Meksikadan idxal edilən məhsullara 25 faizlik gömrük rüsumunun bu gündən başlayacağını açıqlayıb.

Malik Atilay 

 





04.03.2025    çap et  çap et