Fevralın 26-da Yaponiyanın şimal-şərqində başlayan meşə yanğınında təxminən 2100 hektar ərazinin külə döndüyü bildirilib.
525.az xarici mediaya əsasən xəbər verir ki, NHK dövlət televiziyasının məlumatına görə, hakimiyyət İvate prefekturasının Ofunato şəhərində meşə yanğını ilə bağlı açıqlama verib.
Səlahiyyətlilər təxminən 2100 hektar ərazinin külə döndüyünü və yanğınlarla mübarizə üçün ölkə üzrə 2000-dən çox yanğınsöndürən ayrıldığını açıqlayıb.
Səlahiyyətlilər tüstünün yaşayış məntəqələrinə doğru irəlilədiyini və 80-dən çox binanın zədələndiyini bildiriblər.
Səlahiyyətlilər yanğına havadan və qurudan müdaxilənin davam etdiyini və yanğın səbəbindən təxminən 1200 şəhər sakininin təxliyə edildiyini bildirib.
Ofunato qubernatoru Fuçiqami Kiyoşi alovun daha da genişlənəcəyindən narahatlığını ifadə edib.
Fevralın 26-da Yaponiyanın şimal-şərqində meşə yanğını başlayıb.
Səlahiyyətlilər fevralın 27-də ərazidə aparılan iş zamanı yanmış meyitin tapıldığını bildiriblər.
Malik Atilay
çap et